Diagenez

Diagenez, Gumbel, 1888; Walter, 1893 - etimoloji baxımdan diagenez sözu "dəyişilmə" və ya "yenidən əmələ gəlmə" mənasını verir. Elə buna görə də onu iki mənada işlədirlər. Tədqiqatçıların bir qisimi diagenez dedikdə çöküntünün ilk halından metamorfizmə qədər olan bütün dəyişilmələr məcmusunu nəzərdə tutur və Qərb litoloji ədəbiyyatında diagenez məhz bu mənada başa düşülür. Digər tədqiqatçılar isə çöküntü yalnız ilk anlarda, yəni onun çöküntü süxura çevrilməsinə qədər baş verən dəyişilmələri nəzərdə tutur və sonrakı dəyişmələri isə xüsusi mərhələlər (katagenezmetagenez), yaxud da erkən metamorfizm mərhələsi kimi ayırırlar. Rus və Azərbaycan geoloji ədəbiyyatında diagenez məhz bu mənada işlədilir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search